Acun Ilıcalıya "qırmızı işıq"

TV8-in sahibi, tanınmış teleaparıcı Acun Ilıcalı telekanalı ilə bağlı növbəti layihəsindən imtina etməli olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Acun futbol üzrə 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının və 2018-ci ildə Rusiyada baş tutacaq Dünya çempionatının seçmə mərhələsinin yayım hüququnu əldə edə bilməyib. 
UEFA hər ölkənin futbol federasiyası ilə ayrılıqda anlaşıb. Ali futbol qurumunun Türkiyədəki təmsilçisi Səadətdin Saran yerli telekanallardan gələn təklifləri təqdim edib. 35 milyon avroluq təkliflə Show TV digər kanalları geridə qoyub. Onlar həmçinin Türkiyə Futbol Federasiyasına 32 milyon avro ödəyəcək.

Qeyd edək ki, Acun Ilıcalı bir müddət əvvəl Braziliyada keçiriləcək Dünya çempionatının yayım hüququnu almışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31