Əbülfəs Qarayev görüş keçirib
25 Fevral 2014 16:52 MədəniyyətƏbülfəs Qarayev İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüb. Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb. Əbdüləziz bin Osman əl-Tuveycri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə son görüşündə çox mühüm məsələlər barədə danışıldığını qeyd edib və ölkə başçısının ISESCO ilə Azərbaycan arasında əməkdaşlığa verdiyi önəmdən məmnunluğunu ifadə edib. Nazir Əbülfəs Qarayev cari ilin yanvar ayında Səudiyyə Ərəbistanı Krallığında keçirilən İslam ölkələri nazirlərinin 8-ci konfransında islam ölkələri arasında çoxşaxəli əməkdaşlığın İSESKO-nun fəaliyyətinə böyük tövhə verəcəyini qeyd edərək, mədəniyyət sahəsində strateji proqram və layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüşün sonunda cari ilin may ayında Bakıda İSESKO ilə birlikdə mədəniyyətlərarası dialoqa xidmət edəcək layihələrin reallaşdırılması barədə razılığa gəlinib. ("OLAYLAR")