Musa Musayevdən efirdə BÖYÜK TƏRBİYƏSİZLİK VIDEO

Müğənni Musa Musayev, Təranə Qumral və prodüser Təranə Səmədova "Space"in "Günaydın" verilişində qalmaqal salıblar. Lent.az-ın məlumatına görə, proqram zamanı cütlük verilişin aparıcısı Vüsalə Kərimovaya qarşı qərəzli davranıblar: "Bizi verilişə dəvət etdiyiniz üçün təşəkkür edirəm. Siz bu mövzunu yenidən niyə gündəmə gətirirsiniz? Bizi niyə qıcıqlandırırsınız? Bütün Azərbaycan bilir ki, məndə psixoloji problemlər oldu deyə, belə etdim. Simamızı da hamı tanıyır. Mərdi qova-qova namərd etmək istəyirsiniz. Elə ailələr var ki, bizim etdiyimiz hərəkətlərdən artıq hərəkət edirlər. Gedin onları araşdırın. Bəzi şou-biznes nümayəndələri hər kişidən bir uşaq doğub. Alçaldıcı insanlardır onlar. Bilinmir ki, dünyaya gətirdikləri uşağın atası kimdir? Bizə qıcıqlandırıcı suallar verməyin. "
Musanın bu sözlərinə prodüser T.Səmədova mövzuya müdaxilə edib "Siz aparıcını günahlandırmayın. Psixoloji probleminiz varsa, altı ay efirə çıxmayın, oturun evdə. Bu mövzuda müzakirəyə səbəb sizsiniz. Çünki ötən il ailə məsələlərinə görə gündəmə gəldiniz. Şəxsi həyatınızdan savayı, bir müğənni kimi hansı mahnınız son dövrlərdə aktual olub? Mahnı çıxardın ki, bizdə sizdən mahnı istəyək. Siz bu cür məsələlərlə şou-biznesi cılızlaşdırmısınız"
Verilişin gedişində prodüserin sözlərinə əsəbiləşən Musa qəfil qışqırıb, nalayiq ifadələr işlədib. Əsəbilərinə hakim ola bilməyən Musa masaya təpik vurub, stəkanı sındırıb. Daha sonra prodüserə hücum çəkib. Bu zaman onun qarşısını Təranə Qumral alıb.

Onun bu hərəkətinə isə T.Səmədova "Sən birinci öz Təranənə yiyəlik et, sonra mən Təranə ilə bacararsan", - deyə cavab verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31