Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin qurbanları yad ediləcək...
25 Fevral 2014 14:16 MədəniyyətFevralın 26-da, Xocalı Faciəsinin 22-ci ildönümü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində də qeyd ediləcək. Tədbirdə Xocalı faciəsinə həsr olunmuş film nümayiş etdiriləcək. Diskdə igid oğullarımızın son damla qanlarına kimi öz torpaqları uğrunda apardığı mübarizə, dinc əhaliyə tutulan ən ağılasığmaz divanlar, öz evlərindən, yurd-yuvalarından didərgin düşmüş əliyalın insanların yurd həsrəti, torpaq nisgili əks olunub. Tədbirdə həmçinin Xocalı faciəsinin şahidləri iştirak edcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31