Hülya Avşar keçmiş ərinə istehza etdi

Türkiyəli müğənni və aktrisa Hülya Avşar keçmiş həyat yoldaşı Kaya Çilingiroğlu haqqında maraqlı açıqlama verib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi Kayanın onunla evli olarkən başqa qadınlarla, xüsusilə, Merve Canellə görüşməsi haqqında iddialara münasibət bildirib. H. Avşar kinayəli sözlərlə K. Çilingiroğlunu pis vəziyyətdə qoyub:

"Kaya deyib ki, Merve dostumdur. Doğru deyir. Onun qətiyyən belə şeylərlə işi olmaz. Heç vaxt başqa qadınlara baxmır. Günahını almışıq".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31