Fatimə məşhur filmdə rol aldı
10 Dekabr 2013 15:06 MədəniyyətAzərbaycanın tanınmış rəqqasəsi Fatimə Fataliyeva Xəzər tv də yayımlanan "Ay Zaur" verilişinin "Yeni il" çəkilişlərində özünü aktrisa kimi də sınayıb. Rəqqasə sənətçi dostları bir araya gələrək, məşhur "Zita və Gita" Hind filmini canlandırıblar. Bu barədə Göyçək Fatimə öz təəssüratlarını "OLAYLAR"la bölüşüb: "Mən lap kiçik yaşlarımdan hind filmlərini çox sevirəm. Məhz bu sevgidən irəli gəlir ki, mən hind rəqslərinin öhdəsindən məharətlə gəlirəm. Amma ötən gün baş tutan çəkilişdə bir az da aktrisa kimi özümü sınamalı oldum. Hörmət etdiyim sənətçilərlə birgə maraqlı bir çəkiliş oldu. İnşallah tamaşaçılar bu işdən zövq alacaqlar". Qeyd edək ki, məşhur "Zita və Gita" filiminin yeni il çəkilişində Fatimə "Zita" və "Fağır Gita", Könül Kərimova Zitanın nənəsi, aktrisa Naibə Allahverdiyeva - bibi, Ceyhun Əliyev - Racmin, Günel Məhərrəmova - bibinin qızı, Aşıq Samirə - Qaynana, Teymur Əmrah isə qulluqçu obrazında rol alıblar.