Hollivudun ən uğursuz aktyorları

Forbes jurnalı Hollivudun layiq olduğundan artıq dəyər verilən məşhurlarının adlarını açıqlayıb

Forbes jurnalı Hollivudun layiq olduğundan artıq dəyər verilən məşhurlarının adlarını açıqlayıb. Hr il tərtib olunan siyahıya bu dəfə Adam Sendler başçılıq edir. Ekspertlərin hesablamalarına görə, aktyora görə ödənilən hər dollar son üç il ərzində cəmi 3,40 dollar gəlir gətirib. Bu baxımdan aktyorun ən uğursuz filmləri "Cek and Cill" və "That's my boy" filmləridir.
"That's my boy" filminə qoyulan 70 milyon dollara gərə təxminən 57 milyon dollar gəlir əldə olunub. Bu da filmə qoyulan pulu ödəmir.
Reytinq cədvəlində ikinci yeri Ketrin Heyql tutur. Ən uğursuz filmləri isə "One for the money" və "Killers"dir.
İlk üçlüyü Riz Uizerspun qapadır. "How do you know?" filminə qoyulan 120 milyon doların əvəzində cəmi 49 milyon dollar gəlir əldə edilib ki, bu da 2010-cu ildə kinematoqrafçıların ən uğursuz ekran işi sayılır.
İlk onluğa Nikolas Keyc, Kevin Ceyms, Denzel Vaşinqton, Stiv Kerell, Cennifer Eniston, Met Deymon və Rayan Reynolds daxildir. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31