“Sirlər xəzinəsi” özbək dilinə tərcümə olunub

Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Sirlər xəzinəsi" əsərinin özbək dilinə tərcümə olunmuş "Maxzan-ul-Asror" kitabının təqdimat mərasimi keçirilib. 
Təqdimat mərasimində Özbəkistanın tanınmış elm və mədəniyyət xadimləri, Daşkənddəki ali məktəblərin tələbələri iştirak ediblər. 
Kitab Özbəkistanın aparıcı kitabxanalarına, elmi tədqiqat və təhsil müəssisələrinə hədiyyə olaraq veriləcək. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31