Ebru Gündeşdən yeni albom müjdəsi
9 Dekabr 2013 11:37 MədəniyyətÖncəki axşam məkanların birində səhnəyə çıxan müğənni Ebru Gündeş pərəstişkarlarının istəklərini nəzərə alaraq Selami Şahinin repertuarına daxil olan "Senin olmaya geldim" mahnısını dəfələrlə ifa edib. Gündeş "bu mahnını albomumda oxuya bilmədim, amma çox bəyəndim. Bir neçə aydan sonra yeni albomum işıq üzü görəcək. Ümid edirəm ki, siz də bəyənərsiniz", deyə onu sevənlərə şad xəbər verib. Təxminən üç saat ərzində səhnədə olan Ebru Gündeşin konserti möhtəşəm sonluqla bitib. Konsertin sonunda pərəstişkarları müğənni üçün səhnəyə güllər səpələyib. OLAYLAR
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31