Madonna 25 yaşlı sevgilisindən ayrıldı

55 yaşlı müğənni və 25 yaşlı Braxim son zamanlar bir-birlərindən uzaq düşüblər

Amerikalı məşhur müğənni Madonna 3 il birlikdə olduğu rəqqas sevgilisi Brahim Zaibatdan ayrılıb.Rusiya mətbuatının verdiyi məlumat görə, 55 yaşlı müğənni və 25 yaşlı Brahim son zamanlar bir-birlərindən uzaq düşüblər. Avqust ayında Parisdə romantik səyahət etdikdən sonra cütlük az-az görüşür.
Madonna, sevgilisinin fransız layihəsi olan "Ulduzlarla rəqs" adlı verilişdə qadın tərəf müqabili aktrisa Katrina Patşettlə çox vaxt keçirtməsindən narahat olub. Bu səbəbdən müğənni sevgilisinə qısqanclıq səhnəsi qurub.
Brahimin gənc sarışın qızla çox zaman keçirməyini hər kəs görür. Çünki, rəqqas və rəfiqəsi Avropada səyahət etdikləri zaman fotolar çəkdirib sosial şəbəkədə paylaşırlar. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31