Nurlan Təhməzli yenidən səhnədə VIDEO

Bir müddət yaradıcılığına fasilə verən müğənni Nurlan Təhməzli yenidən işlərinin başına dönüb. Bu haqda  OLAYLAR-a sənətçinin prodüseri Pənah Eldaroğlu məlumat verib: " Nurlan Təhməzli bir müddət yaradıcılığına görə, səhnədən uzaqlaşmışdı. Buna səbəb  yeni Türkiyədə ərsəyə gətirmək istədiyi diski ilə bağlıdır. Hələ ki, albomun adını dəqiqləşdirməmişik. Onu da deyim ki, diskdə Nurlanın öz bəstələdiyi mahnıları yer alacaq". Prodüser ifaçının daha bir layihə üzərində işlədiyini deyərək yeni bəstəsindən də söz açıb: "Nurlan öz üzərində dayanmadan çalışan müğənnidir. Odur ki, o, repertuarına "Gəl evlənək" adlı mahnısını daxil edib. Adıçəkilən bəstənin sözləri Zülfü Bədəlovun,  musiqisi və aranjimanı isə Elvin Musayevindir. Onu da deyim ki, ifaçı "Gəl evlənək" adlı mahnısına klip çəkdirməyi də düşünür. Çox maraqlı layihə olacaq. Bu haqda ətraflı məlumat verə bilməyəcəm. Ancaq ümid edirik ki, bu klip də Təhməzlinin digər ekran işləri kimi seviləcək".  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31