Türk oğlu - POEZİYA

Mahmud Sadiqov

Yarandı qılıncı oynadan bizdən,

Oynada-aynada yaşa, Türk oğlu.

Qarşımıza çıxdı düşmənlər hərdən,

Başlarını vurdu daşa, Türk oğlu.

Çinlər lərzəyə salanlar bizlər,

Dünyada qoyduq nə qədər izlər,

Çökdü qarşımızda sonsuz dizlər,

Dünyanı, aləmi aşa, Türk oğlu.

"Allahın qılıncı" oldu Attila,

Nadanlara oldu qılıncı bəla,

Düşmən addımladı qərbəcən dala,

Tacları qoydular başa, Türk oğlu.

Əmirlər əmiri Teymurləng oldu,

Zəfərliylə tarix bir və bir doldu,

Düşmənin ətirli gülləri soldu,

Demədi vuruşda haşa, Türk oğlu.

*** 

Bu eldən igidlər süzüb keçəcək

Qarabağ, Zəngəzur, Şəmşəddil, Ağdam,

Bunlardı sağalmaz kədərli yaram.

Düşmənə olubdur əzəldən haram,

Türkün qılıncı da üzüb keçəcək,

Bu eldən igidlər süzüb keçəcək.

Kəlbəcər, Qubadlı, Təbriz və Dilcan

Borçalı, Mağara, Qazaq, Dağıstan,

Çıxmayır yadımdan da bunlar bir an,

Türklər ədaləti düzüb keçəcək,

Bu eldən igidlər süzüb keçəcək.

Füzuli, Xocavənd, Laçın, Zəngilan,

Vətəni sancdı zəhərli ilan,

Eylədilər onlar hər şeyi viran,

Türklər ermənini büzüb keçəcək,

Bu eldən igidlər süzüb keçəcək.

Xankəndi, Cəbrayıl, Şuşa, Xocalı,

Görəsən necədi onların halı,

Buradı vətənin yağı və balı,

Türklər bu ellərə sızıb keçəcək,

Bu eldən igidlər süzüb keçəcək.

Qəzvin, Zəncan, Salmas, Urmiya və Xoy,

Düşməni götür sən bir kənara qoy.

Eyləyək sevincdən bizlər hər an toy.

Düşmən vətənimdən susub keçəcək,

Bu eldən igidlər süzüb keçəcək.

Türkdən yetişib hər zaman ərənlər,

Türk olub əzəldən düşməni dərənlər,

Olublar yumruqla yerə sərənlər,

Düşmənlər qorxudan pusub keçəcək,

Bu eldən igidlər süzüb keçəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31