Məmməd Araz anılacaq
6 Dekabr 2013 16:34 Mədəniyyət9 dekabr tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Xalq Şairi Məmməd Arazın 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərancamına əsasən keçirilən, bir çox elm və mədəniyyət xadimlərinin, ədəbiyyatsevərlərin iştirak edəcəyi tədbirdə şairin həyat və yaradıcılığından söhbət açılacaq, incəsənət ustaları tərəfindən şeirləri səsləndiriləcək, sözlərinə yazılmış mahnılar ifa olunacaq. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31