"Forsaj" filminin çəkilişi dayandırıldı
7 Dekabr 2013 00:11 MədəniyyətDünyada izlənilmə rekordları qıran "Forsaj" filminin 7-ci hissəsinin çəkilişləri dayandırılıb. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, çəkiliş qrupunun rəhbəri bu haqda açıqlama yayıb. O bildirib ki, hazırda əsas vəzifələri bir neçə gün əvvəl avtomobil qəzasında həyatını itirən Pol Uolkerin yaxınlarına dəstək olmaqdır.
2014-cü ilin iyununda təqdim olunması planlaşdırılan kinonun çəkilişinin nə vaxt davam etdiriləcəyi isə məlum deyil.
Qeyd edək ki, Pol Uolker "Forsaj" filminin əsas qəhrəmanı olan "Brayan O'Konner" obrazını canlandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31