Gənc ifaçı Həmid Sultan seriala çəkilmək üçün dəvət alıb

Bu barədə OLAYLAR-a məlumat verən müğənni deyib ki, iki rejissordan təklif alıb .  "Natiq Novruzov və İdrak Etibarlıdan seriala çəkilmək üçün dəvət almışam. Daha əvvəl də "Lider" telekanalında seriallardan birində iştirak edirdim. Düşünürəm ki, İdrak Etibarlının növbəti serialında da iştirak etsəm, aktyorluq məharətimi daha qabarıq nümayiş etdirərəm. Artıq ilk seriyada oynamışam, burada məni adam öldürməkdə təqsirləndirib, həbsə atdılar. Serialın adını deyə bilmərəm, hələlik sirrdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31