Aparıcı canlı efirdə hamilə olduğunu dedi VIDEO

"Yalandan deməyəcəm ki, yox hamilə deyiləm, sadəcə qazım var”

Türkiyəli məşhur aparıcı Esra Erol canlı yayımda hamilə olduğu barədə açıqlama verib hər kəsi xoş xəbəri ilə təəccübləndirdi.  İllərdir telekanalda evlənmə proqramının aparıcılığını edən xanım ötən gün "Esra Erol'la Evlen Benimle" adlı verilişinin gedişatı zamanı ikinci övlad gözlədiyini göz yaşı ilə açıqlayıb. Esra Erol yalan danışmayacağını, onsuzda hər şeyin bir gün bilinəcəyini deyib: "Həyatımda yaxşı həm pis günümüdə burada sizlərlə paylaşdım. Sizi ailəm bilirəm. Siz də, məni eləcə...Ona görə heç nə gizlətmək istəmirəm, onsuz da bir kiloqram belə kökəlsəm hiss edirsiz. Yalandan deməyəcəm ki, yox qardaşım hamilə deyiləm sadəcə qazım var" deyərək hər kəsi güldürməyi bacarıb.
Xatırladaq ki, aparıcının toy mərasimi canlı efirdə baş tutub, eləcə də birinci dəfə hamilə olduğunu da ekran vasitəsi ilə hər kəsə bildirmişdi. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31