Bergüzar Korelə ağır ittiham
6 Dekabr 2013 18:50 MədəniyyətMəşhur aktrisa Bergüzar Korel xəstə uşaqlardan reklam məqsədi ilə istifadə etməkdə ittiham olunur. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa dəri xəstəliyinə tutulan iki qardaşın fotosunu "Twitter" səhifəsində paylaşaraq "Yorğun gözlərinə, ürəklərinə, bədənlərinə ümid olaq" şərhini yazıb. Korelin sözləri qəzetlərin birində xəbər kimi yayımlandıqdan sonra şəbəkə istifadəçiləri oyunçunu xəstə uşaqlardan reklam məqsədi ilə istifadə etməkdə günahlandırıblar.
Bundan qəzəblənən Korel səhifəsində "Anlamadan, dinləmədən, əlinizdə hazır tutduğunuz daşları yenə başıma atdınız. Çox təşəkkür edirəm! Tamamilə kömək etmək üçün paylaşdığım sözləri qəzet xəbər edib, ailəyə kömək göndərməmişik, yalnız məlumat yaydım. Kömək etmək istəyənlər ailəyə zəng vurublar, lakin danışa bilməyiblər. Çıxan xəbərlər həqiqəti əks etdirmir" şərhini yazıb.