İbrahim Tatlısəs sükutu pozdu
6 Dekabr 2013 19:55 Mədəniyyət"Aşiqlər birlikdə olanda bir-birlərini, ayrılanda isə özlərini yeyərlər". Türkiyənin ən məşhur müğənnilərindən biri İbrahim Tatlısəs dünən Twitter-dəki bloqunda belə tvit yazıb. AHT bildirir ki, İ.Tatlısəs 2011-ci ildə evləndiyi xanımı Ayşegül Yıldızla noyabrın 29-da qəflətən, gözlənilmədən boşanmışdı.
Boşanmadan az sonra Tatlısəs belə tvit yazmışdı: "Sevgili dostlarım, ricamdır: bu mövzuda kimsə məndən nə isə soruşmasın. Səhhətimlə bağlı aldığım qərardır. Sayğı duyulmasını istərəm. Ayşegül xanım Elifimin anası, mənimçün də qiymətli insandır. Onun pərişan olmasını istəmirəm".
A.Yıldız isə bu yaxınlarda bildirib: "Boşanmadan üç gün əvvəl bərk mübahisə etdim. Mən "Boşanaq" dedim, o da qəbul etdi. Vəssəlam". milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31