Keti Perri arzusuna çatdı
6 Dekabr 2013 19:23 MədəniyyətTanınmış müğənni Keti Perri YUNİSEF-in xoşməramlı səfiri statusunu qazanıb. Axşam.az xəbər verir ki, sənətçi buna görə xoşbəxt olduğunu bildirib.
"Belə bir status almaq mənim üçün maddi qazancdan, həyatdakı digər uğurlardan daha dəyərlidir. Sevincimi sözlərlə ifadə edə bilmirəm. Kimsəsiz və yoxsulluq içində yaşayan uşaqlara yardım etmək ən böyük arzularımdan biridir".
Xatırladaq ki, Keti Perri ötən ay YUNİSEF-in Madaqaskar səfərində könüllü olaraq iştirak etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31