“Yalvarma” mahnısına klip çəkildi

Mahnının sözləri Yunus Oğuzundur

Milli estrada ifaçıları arasında səs tembrinə görə seçilən Sevinc Musayevə yeni klip çəkdirib.ANS PRESS-in məlumatına görə, Avropa üslubunda ərsəyə gələn "Yalvarma" musiqisi Minayə xanıma, sözləri Yunus Oğuza aid olan mahnının görüntüləri HD keyfiyyətdə Slow mothion effektindədir.Sevinc, klip sarıdan özünü şanslı hesab edir. Az maliyyəyə, effektli klipləri çəkilən S.Musayeva maraqlı açıqlama verib: "Heç vaxt klipə 20 min manat xərcləmərəm. Bu məbləğə 4-5 yaxşı klip çəkdirmək mümkündü. Fikrimcə, klip dünya bazarına çıxmırsa, ona fantastik məbləğ ödənilməsinin önəmi yoxdur. 20 min manata yaxşı mahnılar yazdırıb, albom çıxarmaq daha məqsədə uyğun olar".Klipin effektinə görə, Türkiyə kanallarına çıxmaq şansı var. İfaçı kliplərindəki obrazlarında təqlidə yol vermədiyini vurğulayıb."Kimisə təkrarlamağı sevmirəm. Hər şey bədahətən gəlir və gözəl alınır. Kimisə təkrarlamaqla, müğənni olmaq olmaz" - deyən sənətçi haqqında stilisti Sərxan danışıb: "Sevinclə işləyərkən, sanki Aygün Kazımovanın üzünü makiyaj edirəm hiss bağışladı. O, fırça altında tamam dəyişir".Xatırladaq ki, ekran işində S.Musayevanın tərəf müqabili onun keçmiş duet ortağı, fotomodel Aydın Cəfərovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31