Nadir Qafarzadə sənətkarın repertuarına müraciət etdi VIDEO

Müğənni Nadir Qafarzadənin ifa etdiyi "Ağlama sevda" mahnısı sevənlərinə təqdim edilib. Bu barədə "OLAYLAR"a müğənni məlumat verib. O, bildirib ki,  sözləri Valid Qardaşova, musiqisi Rauf Məmmədova məxsus olan mahnının ilk ifaçısı Azərbaycanın dünya şöhrətli müğənnisi, xalq artisti Zeynəb Xanlarova olub: "Bir çoxları zənn edir ki, "Ağlama sevda" mahnısı türkiyəli bəstəkarlar ərsəyə gətirib. Amma yanılırlar. Çünki, bu mahnı Azərbaycan mahnısıdır. Həmin mahnını əvəzolunmaz sənətkarımız, bu gün hər bir ifaçıya nümunə olacaq Zeynəb Xanlarovanın ifa edib. Düşünürəm ki, bu mahnını ifa etməklə doğru seçim etmişəm. Hər zaman Azərbaycanın əvəzolunmaz sənətkarlarının repertuarlarına sevə-sevə müraciət edirəm. Bu mahnı da həmin mahnılardandı. Düşünürəm ki, mahnıya yeni nəfəs qatmışam". "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31