Azərbaycan Turizm İnstitutunun əməkdaşları Batumidə keçirilən seminara qatılıb
5 Dekabr 2013 12:23 MədəniyyətAzərbaycan Turizm İnstitutunun (ATİ) Magistratura, doktorantura və əlavə təhsil şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent Nəsirulla Nəsirli və Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi Orxan Musa Gürcüstanın Batumi şəhərində keçirilən "Cənubi Qafqaz sərhədyanı ölkələrin turizmi" mövzusuna həsr olunan üçüncü əməli görüş-seminarın iştirakçısı olub. ATİ-nin mətbuat xidmətindən verilən xəbərdə bildirilir ki, ənənəvi olaraq hər il keçirilən görüş-seminarda institut əməkdaşları "Azərbaycanda inkişaf perspektivləri olan turizm növləri" haqqında məruzə-təkliflərlə çıxış edib. OLAYLAR
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31