“Toy gecəsi”: unukal döyüş səhnələri VIDEO

Yüz minlərlə tamaşaçının hər yeni bölümünü səbirsizliklə gözlədiyi "Toy gecəsi" bədii televiziya serialının 9-cu bölümündə də bir sıra həyəcan və maraq dolu hadisələr baş verir.

Həbsxanadan çıxan Səbinə atasının öldüyünü ilk dəfə bibisindən eşidir. Bu xəbər onu şok vəziyyətinə salır. Səbinə atasıyla bağlı müxtəlif xatirələri xatırlayır. Cəlili dəfn edirlər. Aslan Cəlilin ölümünə Zərifənin səbəb olduğunu bildirərək hönkür-hönkür ağlayır. Tanınmış sənətçi Namiq Qaraçuxurlunun canlandırdığı Murad Qəhrəmanov oğurlanmış nişanlısı Aydanı xilas etmək üçün təkbaşına ona deyilən ünvana gedir. Bu zaman Azərbaycan serial məkanında az-az rast gəlinən döyüş səhnələri baş verir. Eyni zamanda tamaşaçılar bu bölümdə ilk dəfə Namiq Qaraçuxurlunun professional döyüş səhnələrini izləyə biləcəklər. Deyilən məkana daxil olan vaxt Murad Qəhrəmanovu arxadan vururlar. Və...

Bütün bu hadisələrin necə cərəyan etdiyini bilmək istəyirsinizsə "Toy gecəsi" bədii televiziya serialının 9-cu bölümünü bu gün saat 19.00-da ATV kanalında izləməyi unutmayın.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31