“Zengin Kız Fakir oğlan” serialında daha bir aktyorumuz rol alacaq

Türkiyənin TRT 1 kanalında yayımlanan "Zengin Kız Fakir oğlan" serialında yerli aktyor Nicat Həbibov rol alacaq. Bir çox yerli seriallarda obrazlar canlandıran aktyor məşhur serialda həkim Ramin obrazını canlandıracaq. Serialın rejissoru aktyorun bu obrazının azərbaycanlı tamaşaçılar tərəfindən də böyük rəğbətlə qarşılanacağını deyir. Bir neçə dəfə ölkəmizə səfər edən TRT-nin baş direktoru İbrahim Şahin Azərbaycan üçün  serial sahəsində imkanların səfərbər ediləcəyini vurğulayaraq ölkə mədəniyyətinin, bir sıra problemlərinin TRT vasitəsilə bütün türk dünyasına çatdırılacağını deyib.

Qeyd edək ki, "Zengin Kız Fakir oğlan" serialı hər həftənin cümə axşamı, Bakı vaxtı ilə saat 21:50-də yayımlanır. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31