Hülya Avşar arıq qalmaq üçün bunu yeyir
4 Dekabr 2013 19:54 MədəniyyətTürkiyəli aktrisa Hülya Avşar formada qalmasının sirrini açıb. Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 9 kiloqram arıqlayan Hülya çəkisini geri almamaq üçün hər gün bir ovuc ləbləbi yeyir. Dietoloq məsləhəti ilə artıq çəkidən xilas olan aktrisa həm də idmanla məşğul olur: "İdman kifayət deyil. Bununla bərabər, yediklərimə də diqqət etməliyəm. Hər gün bir ovuc ləbləbi yeyirəm. O, insanı tox saxlayır, həmçinin orqanizm üçün faydalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31