Qarabağ atları üzərində çövkən oyunu UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb
3 Dekabr 2013 16:34 MədəniyyətQarabağ atları üzərində çövkən oyunu Azərbaycanın müraciəti əsasında UNESCO-nun təcili qorunmaya möhtac qeyri-maddi mədəni irs siyahısına salınıb. Qərar UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin Bakıda keçirilən 8-ci sessiyası zamanı qəbul olunub. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qərarın qəbulu ilə əlaqədar komitə üzvlərinə təşəkkür edib: "Ümid edirik ki, bu qərar beynəlxalq ictimaiyyətin bu oyuna marağını artıracaq, oyunun praktikasını davam etdirməyə və onu gələcək nəsillərə ötürməyə imkan verəcək". apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31