Türk serialında yeni eşq doğuldu
3 Dekabr 2013 18:31 MədəniyyətTürkiyənin Kanal D telekanalında nümayiş olunan "Galip Derviş" teleserialında baş rollarda oynayan Engin Günaydın ilə Alqı Ege yalnız ssenariyə görə sevgililər deyillər. AHT bildirir ki, onların, gerçəkdə də, sevgili olduqları aşkarlanıb. Reportyorlar iki sənətçini dünən İstanbulun Cihangir səmtindəki kafelərdən birində görüblər. Fotokameraları görəndə təlaşlanan Engin Günaydın "Lütfən, bunu xəbərə çevirməsəniz, yaxşı olar" deyərək Alqı Ege ilə birlikdə kafeni tərk edib.Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31