Sibel Can şoka düşüb

Türkiyənin ən populyar müğənnilərindən olan Sibel Canın ötən il satışa çıxardığı "Meşk" albomundakı "Senin için" mahnısının plagiat olduğu aşkarlanıb. Müğənni şoka düşdüyünü söyləyib, çünki məhkəmədə aparılmış istintaq bu mahnının oğurluq olduğunu təsdiqləyib.
AHT bildirir ki, tanınmış türk bəstəkar Cavit Deringölün qızı Ahu Güz bu mahnının 2008-ci ildə vəfat etmiş atasının əsəri olduğunu deyərək İstanbul Cumhuriyyət Prokurorluğuna şikayətlənmişdi. "Mahnı atamın əsəridir. Lakin Sibel Canın ötən il satışa çıxardığı "Meşk" albomunda mahnı Naci Göçenin əsəri kimi göstərilib", - Ahu Güz deyib.
Sibel Can isə bildirib: "Musiqiçi qızı olduğum üçün belə vəfasızlıq etmərəm. Mənim üçün hər mahnı önəmlidir. Adımın belə olaya qarışması məni şoka salıb". Naci Göçe n mənəvi və maddi haqlara təcavüzdə suçlanıb, onun barəsində cinayət işi qaldırılıb . Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31