Məşhur aktyorun ölümü ilə bağlı 8 şübhəli fakt
3 Dekabr 2013 18:37 MədəniyyətMəşhur aktyor, "Forsaj" filmlərinin qəhrəmanı Pol Uolkerin avtomobil qəzasında vəfat etməsi ətrafında yeni xəbərlər yayılıb.
Axşam.az-ın məlumatına görə, aktyorun ölmədiyi, baş verənlərin isə gələn ilin yayında təqdim ediləcək "Forsaj 7" filmi üçün qurulan ssenari olduğu ehtimal edilir.
Uolkerin ölmədiyini əsaslandıran 8 iddia var:
Qəza baş verdiyi yolun genişliyi. Təcrübəli sürücünün belə yolda qəzaya uğraması şübhə yaradır.
Qəza gecə baş verib, amma xilasedicilər hadisə yerinə səhər gəlib. Los-Anceles kimi şəhərdə belə hal yolverilməzdir.Olduqca nazik gövdəli ağaca dəyən polad materiallı "Porsche" avtomobilinin çilik-çilik olması ağlabatan deyil.Qəza yerindən çıxarılan meyit fotosu yoxdur. Ümumiyyətlə, aktyorun hadisə ilə bağlı heç bir şəkli mövcud deyil.
Qəzayla bağlı video görüntü yoxdur. Demək olar, hər yerdə kameraların olduğu ABŞ-da, mərkəzi yollardan birində yaşanan qəzanın görüntüləri olmalı idi.
Avtomobil yanıb külə dönsə də, arxa təkərlərə ciddi zərər dəyməyib.
Amerika vətəndaşı bu gün Poulu gördüyünü iddia edib.
Aktyorun internetdə paylaşılan saxta fotosu. Sosial şəbəkələrdə yayılan bu fotonun Poul Uolkerə aid olduğu deyilsə də, onun saxta olduğu görünür.
Qeyd edək ki, dekabrın 1-də Pol Uolker və daha bir nəfərin olduğu "Porsche" markalı avtomobil Los-Ancelesin şimalında ağaca dəyib və nəticədə maşın yanıb.