Filipp Kirkorov gizli sevgilisi ilə bir tədbirdə

Rusiya pop musiqisinin kralı Filipp Kirkorov uzun müddətdir ki, övladlarının anasının kimliyini gizlətməyə çalışır. Axşam.az xəbər verir ki, müğənni bu yaxınlarda baş tutan "Qızıl qrammofon" mükafatlandırma mərasiminə sözügedən xanımla birlikdə qatılıb. Kirkorov qadının adını açıqlamaq istəməsə də, onun tamaşaçılar arasında əyləşdiyini bildirib. Sənətçi həmin xanımı çox sevdiyini bildirib. Xatırladaq ki, müğənni ata olacağı haqqında da ilk dəfə "Qızıl Qrammofon" səhnəsində danışmışdı.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31