Hollivud ulduzları Mərakeşə axışdı

Mərakeş Beynəlxalq Film Festivalı başlayıb

Bu il Mərakeş Beynəlxalq Film Festivalının açılışında əsl ulduz yağışı olub. Mükafatı alanlar arasında Hollivud aktrisası Şeron Stoun da olub. O, Mərakeş xalqına təşəkkürünü bu cür ifadə edib: "Mən həyatımın məhz bu çağında bu mükafatı aldığıma görə həm minnətdaram, həm çaşqınam, həm də qürur hissi duyuram. Məni bu şərəfə layiq gördüyünüz üçün, mənə bu mükafatı almaq imkanı yaratdığınız üçün hamınıza çox təşəkkür edirəm. Mən Mərakeşə, onun insanlarına və kinosuna çox hörmət edirəm. Təşəkkür edirəm".
Festivalın münsiflər heyətində olan dünya şöhrətli kinorejissor Martin Skorseze, gecənin Şeron Stounun karyerasına həsr olunacağını deyib. Açılış mərasimində səhnədə Skorsezeni məşhur aktrisalar Marion Kotiyar, Patrisiya Klarkson, Qolşifte Farahani və başqaları tək qoymayıb.

Mərasim Bollivud ulduzu Depika Padukonenin iştirak etdiyi "Ram-lila" hind filminin təqdimatı ilə başa çatıb. Mərakeş Beynəlxalq Film Festivalı dekabrın 7-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31