Şahzadə Diananın libası hərraca qoyulacaq - FOTO
2 Dekabr 2013 19:04 MədəniyyətŞahzadə Diananın paltarı satışa çıxarılacaq. Axşam.az xəbər verir ki, dəbdəbəli libas Londonda keçiriləcək Kerri Teylor hərracına qoyulacaq.
Paltar 1986-cı ildə Devid və Elizabet Emanuel tərəfindən hazırlanıb. Qızıl və mirvari ilə bəzədilmiş geyim 80 min funt məbləğində dəyərləndirilir. Sözügedən paltar Şahzadə Diananın sevimli libası olub.
Hərrac dekabrın 3-də baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31