Kənan Berenin səhnədən uzaqlaşmasını istəyir

Türkiyəli müğənni Kənan Doğulu sevgilisi, aktrisa Beren Saatın bir müddət səhnədən uzaqlaşmasını istəyir. Axşam.az xəbər verir ki, o, 2004-cü ildən bəri fasiləsiz olaraq filmlərə çəkilən Berenin dincəlməsini zəruri sayır. Beren ifaçının tövsiyəsinə əməl edəcək. O, seriallara 1 il fasilə verməyi qərara alıb. Qeyd edək ki, 29 yaşlı aktrisa hazırda rol aldığı "İntiqam" teleserialından əvvəl "Eşqə sürgün", "Eşq-i Məmnu", "Fatmagülün suçu nə" serialları ilə məşhurlaşıb. Bir ay əvvəl təqdimatı keçirilən "Mənim dünyam" filmi Berenin rol aldığı ekran işləri arasında ən çox izlənənidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31