Bakıda Xalça Muzeyi açılıb

Dekabrın 2-də Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasında sərgilərin tərtibatının təşkili ilə tanış olub.
Burada 15 mindən çox eksponatdan ibarət nadir kolleksiya mühafizə olunur. Bu kolleksiyanın tamaşaçılara təqdimatı üçün binada müasir tipli sərginin nümunəsi yaradılır.
Ekspozisiyadakı xalçalar arasında XVII, XVIII, XIX və XX əsrlərdə toxunan dünya şöhrətli kompozisiyalara rast gəlmək olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31