Fransa kanalı Azərbaycana veriliş həsr edib
2 Dekabr 2013 17:41 MədəniyyətMədəniyyət və Turizm Nazirliyi ilə Fransanın "TV5 Monde" telekanalı arasında olan qarşılıqlı əməkdaşlıq çərçivəsində həmin telekanalın "ITINERIS" proqramının iki buraxılışı Azərbaycana həsr olunub.
Belə ki, adıçəkilən kanalın əməkdaşları tərəfindən "Azərbaycan: Bakı və regionların irsi" adlı videoçarx hazırlanıb. İki hissədən ibarət olan videoçarxın ilk hissəsi artıq "TV5 Monde" telekanalında yayımlanıb. 13 dəqiqəlik bu videoçarxda Bakının tarixi-mədəni arxitekturaları, həmçinin, milli mətbəxi haqqında məlumat verilir. Proqramın Quba şəhərinə həsr olunacaq ikinci buraxılışı isə 5 dekabr tarixində yayımlanacaq. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31