Pakistanda Azərbaycan sərgisi
2 Dekabr 2013 17:25 MədəniyyətPakistanın paytaxtı İslamabad şəhərində Azərbaycanla bağlı sərgi təşkil edilib. "OLAYLAR"-ın Azərbaycanın Pakistandakı səfirliyinə istinadən verdiyi xəbərə görə, "Serena" mehmanxanasında təşkil olunan sərgidə ölkəmizin tarixini, mədəniyyətini, həyat tərzini əks etdirən əşyalar, suvenirlər, həmçinin milli mətbəx nümunələri nümayiş olunub. Sərgidə Pakistanın milli təhlükəsizlik və xarici işlər üzrə müşaviri, ölkənin xarici işlər naziri vəzifəsini icra edən Sərtac Əziz, xarici işlər üzrə dövlət naziri Tariq Fatemi, xarici işlər katibi Cəlil Gilani, eləcə də millət vəkilləri, digər dövlət və ictimai qurumların, Pakistan mediasının nümayəndələri iştirak ediblər. Tədbirə təşrif buyuranlar Azərbaycan mətbəxinin ləziz növlərinə xüsusi maraq göstəriblər.