"Kurtlar vadisi pusu"da parçalanma: səbəb nədir?

Türkiyənin ən populyar teleseriallarından biri "Kurtlar vadisi pusu"da şok parçalanma təsdiqlənib. Serialı çəkən "Pana Film" studiyasının yaydığı rəsmi açıqlamada ssenari müəllifləri Bahadır Özdener və Cüneyt Aysanın "Kurtlar vadisi"ni tərk etdikləri vurğulanır. "Pana Film"in yaydığı bəyanatda deyilir: "Bahadır Özdener və Cüneyt Aysan "Pana Film A.Ş" şirkətinin ortaqlarıdır. Onlar serialdakı işlərini dayandırsalar da, şirkətdən ayrılmayıblar. Artıq 10 ildir ki, "Kurtlar vadisi" Türkiyə televiziya tarixinin ən həyəcanlı və ən çox baxılan seriallarından biridir. Təbii ki, belə serialın ssenari qrupunda zaman-zaman bəzi dəyişikliklərin olması həm zəruri, həm də təbiidir. Belə dəyişikliklər bəzən qan yeniləmə, bəzən də yorğunluq səbəbindən ola bilər. Bahadır Özdener və Cüneyt Aysan teleserialın ssenari qrupunu öz istəkləri ilə tərk edəcəklər. "Kurtlar vadisi" isə işinə davam edəcək". Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31