Məşhur türk aktyor: "Artıq bezdim!"
2 Dekabr 2013 19:26 MədəniyyətTürkiyənin ən populyar aktyorlarından biri Kenan İmirzalıoğlu ölkədəki teleserialların uzunluğuna üsyan edib. GQ jurnalının təsis etdiyi "İlin aktyoru" mükafatını alan K.İmirzalıoğlu serialların uzunluğundan şikayətlənib. "Artıq bezdim! Bundan sonra hər seriyası 90 dəqiqə davam edən serialda oynamaq niyyətində deyiləm. Axıradək müqavimət göstərəcəyəm", - K.İmirzalıoğlu deyib. Türkiyənin ATV telekanalında nümayiş olunan "Karadayı" serialında baş rolda oynayan aktyor əvvəllər "Ezel", "Acı həyat", "Alacakaranlık" və "Deli yürek" seriallında çəkilərək populyarlaşıb. Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31