Miranda Kerrin boşanma səbəbi məlum oldu
2 Dekabr 2013 19:19 MədəniyyətTanınmış model Miranda Kerrin aktyor Orlando Blumdan boşanması haqqında yeni məlumatlar ortaya çıxıb. Axşam.az xəbər verir ki, Mirandanın avstraliyalı iş adamı Ceyms Pakerlə birlikdə olduğu bildirilir. 30 yaşlı model Pakerlə ailəvi dost olub. Ötən il onlar birlikdə tətil də keçirib. Cazibədar modelin Orlandodan iş adamına görə boşandığı iddia edilir. Avstraliyanın ikinci ən varlı adamı olan C. Paker Yeni ili Nyu-Yorkda qarşılayacaq. Biznesmenin bu səfəri Miranda ilə vaxt keçirmək üçün etdiyi ehtimal olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31