Azərbaycanlı rəqqaslar Türkiyəni heyrətləndirdi VIDEO

Azərbaycanlı gənc oğlanlardan ibarət "Crazy Eyes" qrupu Türkiyənin məşhur "Yetenek Sizsiniz" tele müsabiqəsində iştirak edib. Rəqqaslar öz orijinal çıxışları ilə Acun İlicalının rəhbərlik etdiyi münsif triosunu heyran ediblər. Qrupun rəhbəri Arif Məmmədov bununla bağlı təəssüratlarını "OLAYLAR"la bölüşüb: "Acunun saytında qeydiyyatdan keçdikdən sonra bizə zəng edərək qrupu bəyəndiklərini dedilər. Ayın 20-si üçün Türkiyəyə dəvət aldıq. Məşq zamanı analdıq ki, heç olmasa 2 "evet" alacağıq. Çünki məşqdə iştirak edən bütün işçilər və izləyənlərin alqışları və təbriklərinə qərq olduq. Çox şadam ki, hər şey gözlədiyimizdən də artıq oldu. Hər 3 münsif bizi bəyəndi" - deyə, prodüser sevincini ilə bölüşüb.

Xatırladaq ki, "Crazy Eyes" rəqs qrupunun fəaliyyəti yalnız onun gənc rəhbəri Arif Məmmədovun hesabına maliyyələşir. Maliyyə azlığından narahat olan prodüser qrupun "Yetenek sizsiniz" müsabiqəsinin növbəti turunda layiqli çıxışı üçün maddi dəstək axtarışındadı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31