Heydər Əliyevin xatirəsinə həsr olunmuş musiqi gecəsi keçiriləcək

Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestri dekabrın 11-də SSRİ xalq artisti Vladimir Fedoseyevin dirijorluğu ilə Heydər Əliyev Mərkəzində çıxış edəcək. "OLAYLAR"-ın mərkəzə istinadən verdiyi xəbərə görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan klassik musiqi gecəsində Üzeyir Hacıbəylinın "Koroğlu" uvertürası, Qara Qarayevın "Yeddi gözəl" baletindən süita, Fikrət Əmirovun "Azərbaycan kapriççiosu", Niyazinin "Arzu" romansı, "Küçələrə su səpmişəm" xalq mahnısı səslənəcək. Tamaşaçılara, həmçinin dünya klassikası - İohannes Brams, Frans Vaksman, Vinçenso Bellini, Cakomo Puççini, Pyotr Çaykovski, Sergey Raxmaninov və Georgi Sviridovun ölməz əsərləri təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31