“Çingiz Aytmatovun dünyası” adlı kitab çap edilib
2 Dekabr 2013 11:48 MədəniyyətQırğız yazıçısı Çingiz Aytmatovun 85 illiyi münasibətilə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə "Çingiz Aytmatovun dünyası" adlı kitab nəşr olunub. Bu barədə məlumatı "OLAYLAR"-a fondun prezidenti Nüsrət Məmmədov verib. Bildirib ki, qırğız xalqının dahi oğlu Çingiz Aytmatova həsr olunmuş kitabın müəllifi Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri namizədi, Bakı Dövlət Universitetinin professoru Leyla Gərayzadədir. Kitabın elmi redaktoru Bakı Dövlət Universitetinin professoru Aqil Hacıyev və redaktoru isə məşhur qırğız şairi, tərcüməçi Mukan Asanalıyevdir. Nüsrət Məmmədov deyib ki, dekabr ayında Bişkekdə dahi yazıçının 85 illiyinə həsr olunmuş yubiley tədbirləri keçiriləcək və həmin tədbirlərdən birində kitabın təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.