Toylar kraliçası qara yaxanlara cavab verdi

O, şayiələri təkzib etdi

Ağır avtomobil qəzası keçirmiş "Toylar kraliçası" Tereza Əliyeva qəza ilə bağlı xəbərdən sonra haqqında gəzən şayiələrə görə məyus olub. Bir çoxları onu müsəlman təqvimi ilə Məhərrəm ayında tiya getməyinə görə günahlandırıblar. Bununla bağlı açıqlama verən Tereza: "Mən toya noyabr ayının ilk günlərində getmişəm. O zaman isə Məhərrəm ayı hələ başlamamışdı. Sadəcə olaraq, qəza xəbəri mətbuata bir az gec sızıb. Xəbər saytlarında qəza ilə bağlı şərhləri oxuyanda çox məyus oldum. Mən müsəlmanam və heç vaxt belə günlərdə toy-bayrama yol vermərəm!" - deyə, etirazını bildirib. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31