Leonardo Di Kaprionun avtomobili internetdə satışa çıxarılıb
30 Noyabr 2013 02:56 MədəniyyətAktyor Leonardo Di Kaprio və model Jizel Bündhenin istifadə etdiyi avtomobil "ebay"da onlayn satışa çıxarılıb. Axşam.az xəbər verir ki, Hollivud ulduzu "Lexus GS 400" markalı maşını 2001-ci ildə işlədib. Bir neçə il sonra isə məşhur model bu avtomobili icarəyə götürüb. Hazırda Brayan adlı sahibi "Lexus"u 20 min dollar müqabilində satmaq istəyir. O, maşını diler vasitəsilə aldığını, lakin Leonardo Di Kaprionun adına olduğunu etiraf edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31