Fidan Hacıyeva: "Onun sayəsində tanınıram"
29 Noyabr 2013 18:54 MədəniyyətMüğənni Fidan Hacıyeva "Karmen" operasını təqdim edəcək. Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda ANS telekanalında yayımlanan "Şou biz" verilişinə müsahibəsində deyib. O, tamaşanın dekabrın 14-də baş tutacağını bildirib:
"Opera və Balet Teatrında məşhur fransız yazıçısı Corc Bizenin "Karmen"ini nümayiş etdirəcəm. Bu ad mənə çox uğur gətirib. Onun sayəsində tanınıram. Bu dəfə opera çox fərqli olacaq. Bütün geyimləri İspaniyadan gətirdəcəm. Sırf o əsrin kostyumları olacaq. Hətta əşyalar da flamenko stilindədir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31