İbrahim Tatlısəs boşandı
29 Noyabr 2013 18:47 MədəniyyətTanınmış müğənni İbrahim Tatlısəs boşanıb.Axşam.az xəbər verir ki, sənətçi 15 dəqiqə davam edən məhkəmədən sonra Ayşəgül Yıldızla nikahını pozub.Səbəb olaraq cütlüyün yola getmədiyi qeyd edilib. Boşanma prosesi başa çatdıqdan sonra tərəflər ayrılıqda məhkəmə binasını tərk edib.
Qeyd edək ki, İbrahim Tatlısəs 2011-ci ildə, başından güllə yarası alıb xəstəxanada yatdığı dövrdə Ayşəgül Yıldızla evlənmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31