M.Arazın 80 illik yubileyi ilə bağlı tədbir keçirildi

Bu gün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Xalq Şairi Məmməd Arazın anadan olmasının 80 illik yubileyinə həsr edilən tədbir keçirilib. 
Bir çox dövlət və hökumət nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin, ədəbiyyatsevərlərin iştirak etdiyi tədbirdə şairin həyat və yaradıcılığından söhbət açılıb. 
Sonda Milli Kitabxananın əməkdaşlarının hazırladığı "Məmməd Araz - 80" elektron məlumat bazası və "Poeziyamınız Məmməd Araz zirvəsi" adlı kitablardan və qəzet jurnal materiallarından ibarət sərgi tədbir iştirakçılarına təqdim olunub. ("OLAYLAR"İA) 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31