“Cavidin öyrənilməsi türk millətinin özünə qayıdışıdır” -Sona Vəliyeva

“İrfan söhbətlərini 13 yaşında dərk edib. Urmiyada dini məktəb keçib, Şərq ədəbiyyatını öyrəndi. Daha sonra o Türkiyəyə səfər etdi”

Bu fikriləri Prezident Administrasiyası İctimai Siyasi şöbəsinin müdiri Əli Həsənovun şəxsi təşəbbüsü ilə "Kaspi" qəzeti və Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında nəşr edilən "Hüseyn Cavid Eserleri" kitabının Qafqaz Universitetindəki təqdimatında Milli Televiziya və Radio Şurasının üzvü, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva vurğulayıb. Sona Vəliyeva daha sonra deyib ki, Cavid Türkiyədə böyük tədqiqat işləri ilə məşğul oldu: "O, fəlsəfəni sistemli şəkildə öyrəndi. Cavid Türkçülüyü daha yüksəkliyə qaldıran şəxsiyyət olub. Cavidin qoyduğu dil məsələsi böyük məsələlərdən biri sayılıb". "Dilçilik Cavidin əsərlərində bədii şəkildə ifadə olunub", -deyən Sona Vəliyeva qeyd edib ki, Türkiyədə çıxan bu əsər müasir dövr üçün çox əhəmiyyətlidir: "Bəşəriyyət üçün Cavidin öyrənilməsi vacibdir. Onun bəşəriyyətə münasibəti gələcəkdən xəbər verirdi. Cavidin öyrənilməsi türk millətinin özünə qayıdışıdır. Hər birimizin Cavidi öyrənmək və öyrətmək haqqıdır". azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31