Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə 8-ci sessiya olacaq

Dekabrın 2-dən 7-ə dək Bakıda YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası olacaq. Sessiya komitənin sədri seçilmiş Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin sədrliyi ilə Marriot Abşeron otelində keçiriləcək. Sessiya zamanı həmçinin Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illik yubileyi də qeyd olunacaq. 
Dekabrın 2-də saat 10:00-da Marriot Abşeron otelinin "Şərq" zalında 95 ölkədən 600 nəfərdən artıq nümayəndənin iştirak edəcəyi sessiyanın açılış mərasimi, saat 13:00-da isə "Hövsan" zalında yerli və beynəlxalq jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçiriləcək. "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31