Düş çiçəyisən - Elşad Barat

Bəxtimi nə gözəl yazıbdı fələk,

Ömrümün dibçəyi daş çiçəyisən.

Toxunmaz telinə yağış, qar, külək,

Gülüm, yaz qoxulu qış çiçəyisən.

Sənsiz küləklərdən qopa bilməzdim,

Özümü bir aşiq yapa bilməzdim,

Səni bu dünyada tapa bilməzdim,

Göylərdən gəlmisən, düş çiçəyisən.

Nə yaxşı, çiçəklər bağına baxdım,

Su oldum, tək sənin bağına axdım,

Səni qönçə vaxtı sinəmə taxdım,

Sən Elşad Baratın döş çiçəyisən.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31